Milli Məclisdə işə düzəltmək adı ilə vətəndaşın 25 min manatını mənimsəyən şəxsə hökm oxunub

16:44 - 25 Noyabr 2016 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Fərasət Dəyyanov cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.APA-nın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, F. Dəyyanov 8 il, 6 ay müddətinə azadlıqdan məhrum edilib. 
Qeyd edək ki, F. Dəyyanov zərərçəkən İsmayıl Quliyevin etibarından sui-istifadə edərək, onu, Milli Məclisin Aparatında hüquqşünas vəzifəsinə düzəldəcəyini deyərək, 25 min ABŞ dolları məbləğində pulunu mənimsəyib.

Xəbər xətti