DİN Gəncədə əməliyyat keçirib

14:35 - 25 Noyabr 2016 - Xəbər

Xeyli sayda odlu silah-sursat, partlayıcı maddə və qurğular aşkar edilib

 Qanunsuz saxlanılan odlu silah-sursatın, partlayıcı maddə və qurğuların aşkar edilməsi məqsədilə Gəncə şəhərində əməliyyat-axtarış tədbiri həyata keçirilib.Daxili İşlər Nazirliyindən verilən məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri xüsusi tədbirlər nəticəsində Gəncə şəhər sakinləri Elbrus Ələkbərovun yaşadığı evə baxış zamanı 1 ədəd “ZORAKI-914” markalı tapança, 2 ədəd qumbara və 4 ədəd patron, Orxan Fətullayevin evinə baxış zamanı 1 ədəd nömrəsi silinmiş “Brauninq” markalı tapança, 2 ədəd qumbara və 1 ədəd patron, əvvəllər məhkum olunmuş Məhəmməd Hüseynovun evinə baxış zamanı 3 ədəd qumbara, 2 ədəd alışqan və 12 ədəd patron, əvvəllər qanunsuz radikal silahlı dini birliklərdə iştirak etdiyi üçün məhkum olunmuş Vüsal İsayevin evinə baxış zamanı 2 ədəd qumbara, Zaur Hüseynovun evinə baxış zamanı 1 ədəd “AKS-74” markalı silah və 80 ədəd patron, qardaşı Eminin evinə baxış zamanı isə 3 ədəd qumbara və 37 ədəd patron aşkar edilərək götürülüb.
Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər xətti