Azərbaycandan İsrailə təyyarə göndərilib

14:06 - 25 Noyabr 2016 - Xəbər

İlham Əliyevin tapşırığına əsasən FHN-nin təyyarəsi İsrailə yola düşüb 

 İsrail Dövlətinin Hökumətinin müraciəti əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, İsraildə tüğyan edən yanğınların söndürülməsi üçün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsinin göndərilməsi istiqamətində hazırlıq işləri görülüb.
Təyyarə lazımi yanğınsöndürmə avadanlığı ilə birgə bu gün günorta saatlarında İsrail Dövlətinə yola düşüb.

Xəbər xətti