Avropa Komissiyasının saytı kiberhücuma məruz qalıb

11:10 - 25 Noyabr 2016 - Xəbər

Ötən gün axşam Avropa Komissiyasının saytı irimiqyaslı kiberhücuma məruz qalıb. Bu barədə qurumun nümayəndəsinə istinadən "La Libre" məlumat yayıb.

O bildirib ki, hücum səbəbindən bir müddət Avropa İttifaqının icra orqanının saytına giriş və onun əməkdaşlarının internetə çıxışı məhdudlaşıb.

Qeyd olunur ki, kiberhücumun qarşısını almaq mümkün olub və informasiya sızması baş verməyib.

Xəbər xətti