Rusiyanın "İkar" aviaşirkəti Azərbaycana uçuşlar təşkil edəcək

11:07 - 24 Noyabr 2016 - Xəbər

Rusiyanın "İkar" aviaşirkəti Moskva vilayətinin regional əhəmiyyətli "Jukovski" Beynəlxalq Hava Limanından Azərbaycana uçuşlar təşkil etməyi planlaşdırır. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Ramport Aero" ASC-nin baş direktorunun birinci müavini Yevgeni Solodilin məlumat verib.

O, uçuşların dekabr ayında Bakı istiqamətində nəzərdə tutulduğunu əlavə edib.

Xəbər xətti