Sabaha olan hava məlumatı açıqlanıb

14:14 - 4 Sentyabr 2016 - ÖLKƏ İÇİ

Sentyabrın 05-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
 
Havanın temperaturu gecə 18-22° isti, gündüz 25-29° isti, Bakıda gecə 19-21° isti, gündüz 26-28° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % təşkil edəcək.
Azərbaycanın rayonlarında isə gecə və axşam əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 25-30° isti, dağlarda gecə 9-14° isti, gündüz 16-21° isti olacağı gözlənilir.

Xəbər xətti