Sabaha olan hava məlumatı

13:12 - 21 İyul 2016 - ÖLKƏ İÇİ

Bakıda və Abşeron yarımadasında sabah hava şəraiti az buludlu, yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, paytaxtda və yarımadada əsən şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 23-26, gündüz 32-36, Bakıda gecə 24-26, gündüz 34-36 dərəcə isti olacaq.
Azərbaycan rayonlarında iyulun 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 17-22, gündüz 26-31 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24°, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 22-23-də Abşeron yarımadasında güclü küləyin əsməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, xəzri küləyi fonunda havanın temperaturunun tədricən enməsi müsbət amildir.

Xəbər xətti