Sabahın havası- 40 dərəcə isti

13:10 - 20 İyul 2016 - ÖLKƏ İÇİ

İyulun 21-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Abşeron yarımadasında havanın temperaturu gecə 23-27, gündüz 34-38, bəzi yerlərdə 40 dərəcəyədək isti olacağı gözlənilir. Bakıda gecə 24-26, gündüz 37-39 m dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 757 civə sütunundan 754 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji xəbərdarlıq: İyulun 21-də Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraiti fonunda gündüz zəif cənub-şərq küləklərinin üstünlüyü əksər əhali üçün əlverişsizdir. Uzun müddət qızmar günəş altında olmaq məsləhət deyil.
Sabah Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Xəbər xətti