AZAL İstanbul və Ankaraya alınan biletlərin cəriməsiz qaytarılma şərtlərini açıqlayıb

17:46 - 18 İyul 2016 - ÖLKƏ İÇİ

Türkiyədə baş vermiş son hadisələri nəzərə alaraq, “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin İstanbul və Ankara istiqamətində olan reyslərinə alınan biletlər cəriməsiz qaytarıla bilər.  AZAL-dan daxil olan nəlumata görə, 16-20 iyul tarixinədək İstanbul və Ankara istiqamətlərində uçan reyslərə - 15 iyul 2016 tarixinə kimi yazılmış aviabiletlər 15 avqust 2016-cı il tarixinə qədər müraciət olunması şərti ilə cəriməsiz qaytarıla bilər.

Xəbər xətti