Nazirlikdən isti hava ilə bağlı əhaliyə - XƏBƏRDARLIQ

15:23 - 18 İyul 2016 - ÖLKƏ İÇİ

İyulun 19-da Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti əsasən yağmursuz, az buludlu olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, cənub küləyi əsəcək. Abşeron yarımadasında havanın temperaturu gecə 22-27, gündüz 34-39 dərəcə isti olacağı gözlənilir.Bakıda gecə 24-26 isti, gündüz 36-38 isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 752 civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 30-40 % təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacağı gözlənilir.

Xəbərdarlıq: iyulun 22-dək Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 33-38, bəzi ərazilərdə isə 41-dək yüksələcəyi gözlənilir. Tibbi-meteoroloji xəbərdarlıq edib. Belə ki, iyulun 19-da Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və bəzi saatlarda havada yaranan durğunluq əksər əhali üçün çox əlverişsizdir. Uzun müddət qızmar günəş altında olmaq məsləhət deyil.
Sabah Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27 isti, gündüz 37-40,bəzi yerlərdə 43 dərəcə isti, dağlarda gecə 16-21 isti, gündüz 28-33 isti olacağı gözlənilir.
Xəbərdarlıq: İyulun 23-dək ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-40, bəzi yerlərdə 43 dərəcə isti olacağı gözlənilir.

 

Fidan

Xəbər xətti