Uşaq bağçasında yanğın

15:40 - 18 İyul 2016 - ÖLKƏ İÇİ

Bu gün gecə saatlarından Gəncə şəhərində yerləşən uşaq bağçalarından birinin həyətində yanğın baş verib.

Day.Az bildirir ki, şəhərin Nizami rayonunda uşaq bağçasının ərazisində ümumi sahəsi 300 kv.m olan idman kompleksinin dam örtüyü və ona bitişik vətəndaşa məxsus taxta konstruksiyalardan ibarət olan 1 otaqlı tikili və içərisindəki əşyalar yanıb.

 

İdman kompleksinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti