Yevlaxda zəlzələ

10:50 - 18 İyul 2016 - ÖLKƏ İÇİ

Yevlax rayonunda zəlzələ baş verib.

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, yerli vaxtla saat 01.57-də, Mingəçevirdən 16 km  cənub-qərbdə, Yevlax rayonu ərazisində zəlzələ qeydə alınıb.

 

29 km dərinlikdə baş verən zəlzələnin maqnitudası 3.4 olub.

 

Zəlzələ hiss olunmayıb.

Xəbər xətti