İstanbul-Gəncə-İstanbul aviareysi də təxirə salındı

11:30 - 16 İyul 2016 - ÖLKƏ İÇİ

Bu gün baş tutacaq İstanbul-Gəncə-İstanbul aviareysi təxirə salınıb.

Ucnoqta.az APA-ya istinadən bildirir ki, Türkiyədə dövlət çevrilişinə cəhd, İstanbulda vəziyyətin gərgin olması səbəbindən bu gün səhər saatlarında İstanbuldan Gəncəyə nəzərdə tutulan aviareysin təxirə salındığı açıqlanıb.

Gəncədən İstanbula getmək istəyən 40-a yaxın sərnişinə uçuşu başqa vaxta keçirildiyi bildirilib.
 
Qeyd edək ki, səhər saatlarında İstanbuldan Gəncəyə gəlməli olan təyyarə səhər saat 08.30-da geri qayıtmalı idi.
Türk hava Yollarının Gəncə nümayəndəliyindən bildirilib ki, növbəti uçuş bazar ertəsi olacaq.

Xəbər xətti