Sabahın hava proqnozu açıqlanıb

13:02 - 15 İyul 2016 - ÖLKƏ İÇİ

İyulun 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Abşeron yarımadasında havanın temperaturu gecə 20-25, gündüz 31-36, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, yaxın iki gündə Abşeron yarımadasında günorta saatlarında isti temperatur diskonfortu meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin səhər və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

 

Xəbər xətti