Əhliman Əmiraslanov Mərkəzi Nəbatat Bağında açılış mərasimində iştirak etdi

18:11 - 2 İyun 2016 - ÖLKƏ İÇİ

İyunun 2-də AMEA-nın Mərkəzi Nəbatat Bağında İynəyarpaqlılar Bağının açılış mərasimi keçirildi. Mərasimdə AMEA-nın Rəyasət Heyətinin üzvləri, o cümlədən müxtəlif yerli və beynəlxalq təşkilatlardan olan əməkdaşlar və KİV nümayəndələri iştirak edirdilər. Açılışın və sərginin təşkilində əsas məqsəd Azərbaycanda botanika elminin təbliği, bu sahədə əldə edilmiş nailiyyətlərin nümayişi, gənclərə təbiətə sevgi və diqqət hislərini aşılamaq, o cümlədən iynəyarpaqlılar həvəskarlarını yeni sortlarla tanış etmək idi.

Öncə tədbir iştirakçıları Nəbatat Bağını gəzərək, buradakı ekspozisiyalarla, yeni bitki növləri ilə tanış oldular. Sonra AMEA-nın  Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov çıxış edərək sərginin əhəmiyyətindən danışdı. Nəbatat Bağında müxtəlif növ bitkilərə, güllərə, ağaclara dair ekspozisiyaların dəfələrlə nümayiş olunduğunu diqqətə çatdıran alim bugünkü ekspozisiyanın iynəyarpaqlı bitkilərə həsr olunduğunu dedi. O, İdeya və tərtibat baxımından olduqca yüksək səviyyədə təşkil olunmuş ekspozisiyanın Nəbatat Bağında ən maraqlı və tez-tez ziyarət olunacaq guşələrdən biri olacağına əminliyini ifadə etdi. Əhliman Əmiraslanov ətraf mühitin çirklənməsi, yaşıllıqların azalması, dünyada olan ekoloji problemlərin get-getə vüsət aldığını qeyd edərək müasir dövrdə bu bağların rolunun aktuallıq təşkil etdiyini dedi.  Bildirdi ki, Nəbatat Bağında prioritet elmi istiqamətlərdə araşdırmalar aparılmaqla yanaşı, həm də güclü maarifçilik ideyaları aşılanır.  Belə ki, ölkəmizdə fəaliyyət göstərən orta məktəb şagirdləri, ali məktəb tələbələri mütəmadi olaraq Bağı ziyarət edərək burada görülən işlərlə tanış olurlar.  Bağın həm də digər elmi tədqiqat institutları ilə, ali məktəblərlə geniş əlaqələrindən söz açan akademik Əhliman Əmiraslanov tələbələrin bu prosesdə iştirakının mühüm faktor olduğunu qeyd etdi.  O, Nəbatat Bağının daha da zənginləşdirilməsi və inkişafına ölkə rəhbərliyinin hər zaman böyük diqqət ayırdığını qeyd edərək, yaxın gələcəkdə flora və faunası saxlanılmaqla Bağın yenidən qurulacağına, daha da təkmillədiriləcəyinə inamını bildirdi. Qeyd etdi ki, bu məqsədlə dünyada mövcud olan oxşar mərkəzlərin təcrübəsi öyrənilməli və Nəbatat Bağında tətbiq edilməlidir.

Elmin


Xəbər xətti