Göyərtəsində 189 nəfərin olduğu təyyarə radarlardan itdi

00:03 - 18 İyun 2026 - Xəbər

"Smartavia" təyyarəsi Qara dəniz üzərində qəza siqnalı verərək radardan itib.

Ucnoqta.az xəbər verir ki, təxminən 10 dəqiqə əvvəl "Smartavia" şirkətinin 5N164 reysi Qara dəniz üzərində 7700 qəza siqnalı verib. Bu kod təyyarədə fövqəladə və ya təcili vəziyyət olduğunu göstərə bilər. Təyyarə daha sonra radardan itib. Baş verənlər barədə hələlik dəqiq məlumat yoxdur.

Boeing 737-800 Soçidən Arxangelskə uçurmuş. İlkin məlumatlara görə, təyyarədə 189 nəfər olub.///SHOT

Xəbər xətti