ABŞ və İran arasında cümə günü imzalanması planlaşdırılan anlaşma memorandumu qəti deyil. Vaşinqton Tehranın müqavilə şərtlərinə əməl etməsini bəyənməsə, İslam Respublikasına qarşı zərbələri bərpa edə bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
"Bu, yekun deyil. Bu, anlaşma memorandumudur. Əgər xoşuma gəlməsə, biz onlara atəş açmağa və başlarına bomba atmağa davam edəcəyik", - deyə Amerika lideri Fransanın Evian şəhərində, Yeddi Qrupunun (G7) sammitinin keçirildiyi Misir prezidenti Əbdül Fəttah əs-Sisi ilə görüşündə bildirib.
"Əgər bəyənməsəm, qulaq asmasalar, yenidən onlara bomba atmağa başlayacağıq. Çünki onlar 47 ildir qulaq asmırlar", - deyə Tramp əlavə edib.