Bu il iyunun 1-nə Azərbaycanda 1 709 921 vergi ödəyicisi olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, bu, ötən il iyunun 1-i ilə müqayisədə 5,2 % çoxdur.
Vergi ödəyicilərinin 86,8 %-i fiziki şəxslər, 13,2 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fərdi sahibkarların sayı 5,1 %, idarə, müəssisə və təşkilatların sayı isə 5,9 % artıb.
Bu il aprelin sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 1 il əvvələ nisbətən 6,5 % çox – 209 205 vahid təşkil edib.
Mayda 910 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 88,2 %-i yerli investisiyalı, 11,8 %-i xarici investisiyalıdır. Kommersiya qurumlarının 84,3 %-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron qeydiyyatının xüsusi çəkisi 97,1 % təşkil edib.
Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,2 %-i MMC formasında yaradılıb.