Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasından laboratoriyada təsdiqlənmiş ölüm hallarının sayı 101-ə çatıb.
Ucnoqta.az bildirir ki, bu barədə Afrika ölkəsinin Səhiyyə Nazirliyi məlumat verib.
Hazırkı epidemiya dövründə Ebola virusuna yoluxanların sayı 550-yə çatıb. Bir gün əvvəl bu rəqəmlər müvafiq olaraq 91 və 515 idi.