Goranboyda iki avtomobil toqquşdu - Ölənlər var

14:48 - 8 İyun 2026 - ÖLKƏ İÇİ

Goranboy rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az oxu.az-a istinadən xəbər verir ki, rayon ərazisində VAZ-2107 və VAZ-2106 markalı avtomobillər toqquşub.

Toqquşma nəticəsində iki nəfər hadisə yerində ölüb, yaralananların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti