İsrailin Beyruta zərbələri nəticəsində 2 nəfər ölüb

18:10 - 7 İyun 2026 - DÜNYA

Beyrutun cənub kənarlarına İsrailin hücumu nəticəsində ən azı iki livanlı həlak olub, 11 nəfər yaralanıb.

Ucnoqta.az bildirir ki, Livan Səhiyyə Nazirliyi bu barədə məlumat verib.

Nazirliyin məlumatına görə, zərbələr Mreic və "Tawhita el-Ghadir" məhəllələrindəki yaşayış binalarını hədəf alıb. Xilasetmə işləri davam edir və ölənlərin sayı arta bilər.

Al Hadath TV-nin məlumatına görə, "Hizbullah"ın qərargahını və anbarlarını hədəf alan hava hücumunda iki qırıcı və dron iştirak edib.

Xəbər xətti