İsrail hava məkanını açıq saxladı

00:45 - 8 İyun 2026 - DÜNYA

İranın raket hücumundan sonra İsrail Nəqliyyat Nazirliyi ölkənin hava məkanının açıq qalacağını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu qərar nəqliyyat naziri Miri Regevin sədrliyi ilə keçirilən brifinqdən sonra verilib. 

İsrail Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin açıqlamasında deyilir ki, hava məkanının açıq qalacağı və uçuşların normal rejimdə davam edəcəyi qərara alınıb. 

Nazirlik əlavə edib ki, hücumlar şiddətlənərsə, bu məsələ ilə bağlı əlavə qərarlar qəbul edilə bilər və əlavə məlumat ayrıca açıqlanacaq.

Xəbər xətti