Ucnoqta.az
www.ucnoqta.az

Ebola virusundan ölənlərin sayı 100-ü keçdi

00:19 - 9 İyun 2026 tarixində dərc olunub.

Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasından laboratoriyada təsdiqlənmiş ölüm hallarının sayı 101-ə çatıb.

Ucnoqta.az bildirir ki, bu barədə Afrika ölkəsinin Səhiyyə Nazirliyi məlumat verib.

Hazırkı epidemiya dövründə Ebola virusuna yoluxanların sayı 550-yə çatıb. Bir gün əvvəl bu rəqəmlər müvafiq olaraq 91 və 515 idi.

Müəllif: Ucnoqta.az redaksiyası