"Hypersonic"a hipersəs raket prototipinin uğurlu sınağını açıqladı

13:49 - 10 Fevral 2026 - DÜNYA

Alman-Britaniya aerokosmik startapı "Hypersonica" ilk hipersəs raketi olan HS1-in prototipinin uğurlu sınağını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, şirkətin açıqlamasına görə, raket 3 fevralda Norveçin şimalındakı Andoya Kosmik Limanından buraxılıb.

Raket 6 Max və ya saatda 7400 km-dən çox sürətə çatıb və təxminən 300 km məsafə qət edib. HS1-in seriyalı istehsalına 2029-cu ilə qədər başlamaq planlaşdırılır. Şirkətin məlumatına görə, raketin uzunluğu bir neçə metr, çəkisi isə 1 tondan çoxdur. Texniki detallar açıqlanmayıb.

Xəbər xətti