Restoranı yandırmaqda ittiham edilən daha bir şəxs saxlanılıb

12:54 - 10 Fevral 2026 - Xəbər

Qaradağ rayonunda restoranı yandırmaqda ittiham edilən daha bir şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Əməli törətməkdə şübhəli bilinən daha bir nəfər – C.Ağazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Xəbər xətti