İranın nüvə məsələsi ilə bağlı ABŞ ilə sonrakı danışıqlar raundlarının formatını dəyişdirmək planı yoxdur. Məsləhətləşmələr dolayı yolla davam edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqayi bildirib.
"Hazırda danışıqların formatını dəyişdirmək planı yoxdur. Yəni, gələcək danışıqlar bu mərhələdə olduğu kimi eyni formatda davam edəcək", - deyə Bəqayi mətbuat konfransında vurğulayıb.