Zavodda baş verən partlayışda xəsarət alanların sayı artıb

10:08 - 19 Yanvar 2026 - DÜNYA

Monqolustan Muxtar Vilayətinin Baotou şəhərindəki metal lövhə zavodunda baş verən partlayış nəticəsində yaralananların sayı 84-ə çatıb, daha səkkiz nəfər itkin düşüb.

Ucnoqta.az xəbər verir ki, Çin Mərkəzi Televiziyası bu barədə yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Baotou bələdiyyə hökumətinin açıqlamasında deyilir ki, partlayış nəticəsində iki nəfər ölüb, səkkiz nəfər itkin düşüb. 

Yanvarın 18-də yerli vaxtla saat 15:03-də Baotoudakı Baogang United Steel zavodunda su və buxar olan sferik çən partlayıb. Sinxua Xəbər Agentliyi əvvəllər iki nəfərin öldüyünü, beş nəfərin itkin düşdüyünü və 66 nəfərin müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirildiyini bildirmişdi.

Xəbər xətti