“BakuBus” avtobusu yük maşını ilə toqquşdu - xəsarət alan var

19:59 - 18 Yanvar 2026 - HADİSƏ

Gəncədə sərnişin avtobusu ilə yük maşını toqquşub, xəsarət alan var.

Ucnoqta.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

“BakuBus”-a məxsus sərnişin avtobusu ilə “Kamaz” markalı yük maşını toqquşub.

Qəza zamanı sərnişin avtobusunun sürücüsü 1992-ci il təvəllüdlü V.Verdiyev xəsarət alıb, xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti