İsrail Hərbi Hava Qüvvələrinə məxsus "Yanshuf" ("Bayquş") helikopterinin hava daşıma cəhdi zamanı qəzaya uğraması videosu yayımlanıb.
Ucnoqta.az xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələrinin mətbuat xidməti əvvəllər helikopterin 13 yanvarda hava şəraiti səbəbindən açıq ərazidə təcili eniş etdiyini bildirmişdi. 16 yanvar səhəri Hərbi Hava Qüvvələri sıradan çıxmış helikopteri başqa bir helikopterə qoşaraq təxliyə etməyə çalışsa da, cəhd zamanı kabel qırılıb və "Yanshuf" yerə çırpılıb.
İsrail Hərbi Hava Qüvvələri heç kimin xəsarət almadığını bildirib.