Azərbaycanın tanınmış xanəndəsi İran hava limanında saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, Manset.az-ın məlumatına görə, xanəndə, Əməkdar müəllim Qəzənfər Abbasov İrandan Bakıya gələrkən hava limanında saxlanılıb.
Onun hansı səbəbdən saxlanıldığı məlum deyil.
Məlumatı Q.Abbasov sayta təsdiqləyib, lakin ətraflı məlumat verə bilməyib, daha sonra isə telefonu söndürülüb.