Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanlı xanəndə İranda saxlanıldı

10:22 - 16 Yanvar 2026 tarixində dərc olunub.

Azərbaycanın tanınmış xanəndəsi İran hava limanında saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, Manset.az-ın məlumatına görə, xanəndə, Əməkdar müəllim Qəzənfər Abbasov İrandan Bakıya gələrkən hava limanında saxlanılıb.

Onun hansı səbəbdən saxlanıldığı məlum deyil.

Məlumatı Q.Abbasov sayta təsdiqləyib, lakin ətraflı məlumat verə bilməyib, daha sonra isə telefonu söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası