Hava Hücumundan Müdafiə Qüvvələri gecə ərzində Rusiya ərazisi üzərində 92 Ukrayna pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Unoqta.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə 19 yanvarda məlumat verib.
Məlumata görə, Belqorod vilayəti üzərində 31 pilotsuz uçuş aparatının, Saratov vilayəti üzərində 29 pilotsuz uçuş aparatının, Voronej vilayəti üzərində 25 pilotsuz uçuş aparatının, Bryansk və Tambov vilayətləri üzərində hər biri üç pilotsuz uçuş aparatının, Kursk vilayəti üzərində isə bir pilotsuz uçuş aparatının zərərsizləşdirildiyi bildirilib.