Kürasao milli komandası ilk dəfə Dünya Kubokuna vəsiqə qazandı.
Ucnoqta.az xəbər verir ki, çərşənbə axşamı komanda Yamayka ilə səfərdə 0-0 hesablı heç-heçə edib.
Bu, Kürasao komandasına B qrupunda 12 xalla birinci yeri tutmağa imkan verib. Yamayka ikinci (11 xal), Trinidad və Tobaqo üçüncü (9), Bermuda isə sonuncu (0) oldu.
Kürasao milli komandasının baş məşqçisi hollandiyalı Dik Advokatdır.