Ucnoqta.az
www.ucnoqta.az

İlk dəfə Dünya Kubokuna vəsiqə qazandılar

07:36 - 19 Noyabr 2025 tarixində dərc olunub.

Kürasao milli komandası ilk dəfə Dünya Kubokuna vəsiqə qazandı.

Ucnoqta.az xəbər verir ki, çərşənbə axşamı komanda Yamayka ilə səfərdə 0-0 hesablı heç-heçə edib.

Bu, Kürasao komandasına B qrupunda 12 xalla birinci yeri tutmağa imkan verib. Yamayka ikinci (11 xal), Trinidad və Tobaqo üçüncü (9), Bermuda isə sonuncu (0) oldu.

Kürasao milli komandasının baş məşqçisi hollandiyalı Dik Advokatdır.

Müəllif: Ucnoqta.az redaksiyası