Tramp biznesmeni İraq üzrə xüsusi nümayəndə təyin edib

00:20 - 20 Oktyabr 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp amerikalı iş adamı Mark Sawayanı özünün İraq üzrə xüsusi nümayəndəsi təyin edib.

Ucnoqta.az xəbər verir ki, Amerika lideri bu barədə Truth Social-da məlumat verib.

O, əmin edib ki, Savaya ABŞ və İraq arasındakı münasibətləri dərindən anlayır və regionda əlaqələri var.

“Mark mənim Miçiqandakı kampaniyamda əsas rol oynayıb, burada o və başqaları müsəlman amerikalılar arasında rekord sayda seçici fəallığının təmin olunmasına kömək ediblər”, Tramp əlavə edib.

Xəbər xətti