Rusiya Ordusu son sutkada 700-dən çox itki verib

09:02 - 17 Oktyabr 2025 - DÜNYA

Rusiyanın Ukraynadakı itkiləri oktyabrın 17-də 1 milyon 128 min 30 nəfərə çatıb.

Ucnoqta.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri 730 işğalçını məhv edib.

Düşmənin ümumi döyüş itkiləri:

Tanklar - 11 266 (+5) ədəd;

Zirehli döyüş maşınları - 23 394 (+10) ədəd;

Artilleriya sistemləri - 33 748 (+35) ədəd;

MLRS - 1520 (+0) vahid;

Hava Hücumundan Müdafiə sistemləri - 1228 (+1) ədəd;

Təyyarə - 427 (+0) ədəd;

Helikopterlər - 346 (+0);

Əməliyyat-taktiki səviyyəli PUA-lar - 71 025 (+588);

qanadlı raketlər - 3 864 (+5);

Gəmilər/qayıqlar - 28 (+0);

Sualtı qayıqlar - 1 (+0);

Avtomobil avadanlığı və tankerlər - 64 541 (+73);

Xüsusi avadanlıq - 3 978 (+1).

Xəbər xətti