Böyük Britaniya Rusiyanın dondurulmuş aktivlərinin istifadəsindən Ukraynaya 1 milyard dollar gəlir göndərib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin rəsmi saytında bildirilir.
“Rusiyanın dondurulmuş aktivləri hesabına alınan bir milyard funt-sterlinqdən çox vəsait Ukraynaya hərbi dəstəyə yönəldilib”, – nəşr müdafiə naziri Con Hilidən sitat gətirir.
O, həmçinin bildirib ki, Böyük Britaniya atəşkəs olacağı təqdirdə Ukraynaya göndərmək niyyətində olan Silahlı Qüvvələrinin döyüş hazırlığı səviyyəsini nəzərdən keçirir.