Rusiya Federasiyası ilə Azərbaycan arasında iqtisadi əlaqələr çox yaxşı inkişaf edir.
Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Şərq İqtisadi Forumu (EEF) çərçivəsində deyib.
"İqtisadi sahədə əlaqələr çox yaxşı inkişaf edir. Və biz daim əlaqələr saxlayırıq. O cümlədən, ŞƏT sammiti çərçivəsində biz həmkarlarımızla fəal ünsiyyətdə oluruq.
Ona görə də burada Azərbaycanla iqtisadi baxımdan münasibətlərimiz planlaşdırdığımız kimi normal inkişaf edir” - Overçuk vurğulayıb.