Rusiya dondurulmuş aktivlərini qaytaracaq - Medvedev

12:43 - 4 Sentyabr 2025 - DÜNYA

Rusiya Qərbdəki dondurulmuş, Ukraynaya ötürülən aktivlərini “təbii formada”, yəni quruda qaytaracaq.

Ucnoqta.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Londonun Rusiya aktivlərindən istifadədən əldə etdiyi 1,3 milyard dollar mənfəəti Kiyevə ötürməsini belə şərh edib.
"Ölkəmizin öz aktivlərini qaytarmaq üçün yalnız bir yolu var. Təbii formada zəbt edilənləri geri qaytarmaq. Yəni, "Ukrayna torpağı" və orada yerləşən digər daşınmaz və daşınar əmlak", - Medvedev Telegram kanalında vurğulayıb.

Siyasətçi artıq Rusiyaya məxsus olan Donbass və Novorossiya torpaqlarını nəzərdə tutmadığın qeyd edib.

Xəbər xətti