Rusiya Azərbaycan və Ermənistan arasında paraflanmış sazişə ehtiyatla nikbin yanaşır, bu, regionda sülhün möhkəmlənməsinə töhfədir.
Ucnoqta.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Şərq İqtisadi Forumunun sessiyasında deyib.
"Biz Ermənistan və Azərbaycan arasında paraflanmış sazişə çox ehtiyatla nikbin yanaşırıq. Bu həm də bizim böyük Avrasiya regionunda sülhün möhkəmlənməsinə mühüm töhfədir", - o deyib.