Argentinada 5,8 bal gücündə zəlzələ baş verib

08:48 - 4 Sentyabr 2025 - DÜNYA

Argentinada 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, təbii fəlakətin episentri təxminən 512 min insanın yaşadığı Salta şəhərindən 183 km qərbdə yerləşib. Zəlzələnin ocağı 192 km dərinlikdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb.

Xəbər xətti