Ucnoqta.az
www.ucnoqta.az

Britaniya Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1 milyard dollar göndərib

07:53 - 4 Sentyabr 2025 tarixində dərc olunub.

Böyük Britaniya Rusiyanın dondurulmuş aktivlərinin istifadəsindən Ukraynaya 1 milyard dollar gəlir göndərib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin rəsmi saytında bildirilir.

“Rusiyanın dondurulmuş aktivləri hesabına alınan bir milyard funt-sterlinqdən çox vəsait Ukraynaya hərbi dəstəyə yönəldilib”, – nəşr müdafiə naziri Con Hilidən sitat gətirir.

O, həmçinin bildirib ki, Böyük Britaniya atəşkəs olacağı təqdirdə Ukraynaya göndərmək niyyətində olan Silahlı Qüvvələrinin döyüş hazırlığı səviyyəsini nəzərdən keçirir.

Müəllif: Ucnoqta.az redaksiyası