Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk beş ayında 19783 nikah və 8678 boşanma halları qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin aylıq hesabatında öz əksini tapıb.
Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,1-dən 4,7-yə qədər artıb, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.