Vaşinqton Ukraynada uzunmüddətli sülh sazişinə ciddi yanaşır - Ağ Ev

06:04 - 12 Mart 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp Volodimir Zelenskini öz yerinə qoydu və ona Vaşinqtonun Ukraynada uzunmüddətli sülh sazişinə ciddi yanaşdığını izah etdi.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt məlumat verib.

“O baş danışıqçıdır və Zelenskini öz yerinə qoydu və ona dedi ki, amerikalılar uzunmüddətli sülh sazişinə ciddi yanaşırlar. Və biz ukraynalılarla bugünkü sövdələşmənin necə nəticələnməsindən çox məmnunuq. Ümid edirik ki, bu, uzun müddət və əbədi olaraq davam edəcək – bu, prezident Trampın məqsədidir və ümid edirik ki, biz bu məqsədə nail ola bilərik”, – o, Fox News-a müsahibəsində deyib.

Eyni zamanda, Leavitt qeyd edib ki, ABŞ və Ukrayna arasında Ciddədə müzakirə edilən razılaşmalara Rusiyanın reaksiyası barədə ona məlumat verilməyib.

Xəbər xətti