Mask son sutkada 29 milyard dollar itirdi

12:37 - 11 Mart 2025 - İQTİSADİYYAT

Amerikalı iş adamı İlon Mask Tesla korporasiyasının səhmlərinin azalması səbəbindən bir gündə təxminən 29 milyard dollar itirib.

Ucnoqta.az xəbər verir ki, bunu Bloomberg agentliyinin dərc etdiyi Bloomberg Billionaire Index-in məlumatları sübut edir.

Bu məlumata görə, Maskın gündəlik itkiləri onun sərvətinin 6,7%-nə uyğundur. İlin əvvəlindən biznesmen artıq 132 milyard dollar (bütün aktivlərin 30,5%-i) itirib.
Hazırda onun sərvəti təxminən 301 milyard dollardır.

Xəbər xətti