Amerika startapları və ukraynalı dron istehsalçıları ABŞ ordusu üçün daha effektiv pilotsuz təyyarələr hazırlamaq üçün birləşirlər.
Ucnota.az xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.
Nəşrin məlumatına görə, Pentaqon Ukrayna texnologiyalarına artan maraq göstərir. Qeyd edilir ki, Amerika startapları milyardlarla dollar xərcləyərək effektiv və ucuz PUA modellərinin yaradılmasında çətinliklərlə üzləşiblər.
Bu arada, Ukrayna istehsalçıları 2023-cü ildə 2 milyondan çox avadanlıq istehsal ediblər.
Qəzet vurğulayır ki, Ukraynada mümkün sülh nizamlanmasına dair danışıqlara baxmayaraq, ABŞ və Ukrayna arasında pilotsuz təyyarələrin inkişafı sahəsində əməkdaşlıq çox güman ki, davam edəcək.