"Azercell" bu xidməti ləğv edir

11:52 - 11 Mart 2025 - Cəmiyyət

"Azercell Telekom" MMC-nin "NNTV" xidməti ləğv ediləcək.

Ucnoqta.az Valyuta.az-a istinadən xəbər verir ki, fakturasız (SimSim) və fakturalı xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş bu xidmətə aprelin 11-dən  məhdudiyyət qoyulacaq

Həmin tarixədək "NNTV" xidmətinə qoşulmuş istifadəçilər növbəti yenilənməyə qədər xidmətdən istifadə edə biləcəklər.

Qeyd edək ki, 2019-cu ildən istifadəyə verilmiş bu xidmət vasitəsilə abunəçilər, telefonlarında 150 televiziya kanalını internet üzərindən izləmək imkanına sahib olublar. 

Xəbər xətti