"Avropa təhlükəsizlik sistemi "əsaslarına qədər sarsılıb"" - Ursula fon der Lyayen

12:50 - 11 Mart 2025 - DÜNYA

Avropa Birliyi təhlükəsizlik böhranı ilə üz-üzədir, mövcud sistem dərin sarsıntı keçirib və Avropa bir neçə həftə əvvəl ağlasığmaz olan hərbi qərarlarla üzləşib.

Ucnoqta.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Strasburqda Avropa Parlamentinin sessiyasında çıxışı zamanı deyib.

"Aİ Avropa təhlükəsizliyi böhranı ilə üz-üzədir. Avropa təhlükəsizlik sistemi dərindən sarsıldı və təməlləri sarsıldı".

Ursula fon der Lyayen ortaq Avropa müdafiəsinin vaxtının gəldiyini elan etdi və 6 martda keçirilən fövqəladə AB sammitində "bir neçə həftə əvvəl ağlasığmaz olan" hərbi həll yolları ilə bağlı konsensusun olduğunu söylədi.

Xəbər xətti