Polşa Amerika silahlarının Ukraynaya daşınmasını bərpa etməyə hazırdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış TVN24 telekanalının efirində bildirib.
“Demək istərdim ki, Polşa və onun Yasenki aeroportu bu yardımı almağa hazırdır və əməliyyat hazırlığını qoruyuruq. Biz həmişə Amerikanın yardımını bərpa etməyə hazırıq”, - deyə nazir Ciddədə (Səudiyyə Ərəbistanı) Amerika-Ukrayna danışıqlarının nəticələrinə reaksiya verərək bildirib.
Eyni zamanda, siyasətçi bu ikitərəfli görüşdən sonra yaxşı-nikbin əhval-ruhiyyəyə qarşı xəbərdarlıq edib.///tass