ABŞ hökumətinin büdcəsi korrupsiya və saxtakarlıq səbəbindən keçmiş prezident Co Baydenin administrasiyası dövründə təxminən 500 milyard dollar itirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) nəzarət edən İlon Mask ABŞ Hökumətinin Hesabatlılıq İdarəsinin məlumatlarına istinadən məlumat verib.
“Bayden dövründə dövlət büdcəsi mənimsəmə səbəbindən yarım trilyon dollar itirdi. Biz bunu minimuma endirməyə, vergi ödəyicilərinin pullarına qənaət etmək üçün əlimizdən gələni etməyə çalışırıq”, - Mask Fox Business-ə müsahibəsində deyib.